Xəzər rayonu şüvəlan qəsəbəsində Xəzər RiH-in təşəbbüsü və şüvəlan bələdiyyəsinin təşkilatçılığı ilə “şəhidlər bulaq kompleksi” istifadəyə verilib.
Bununla bağlı məlumatı şüvəlan bələdiyyəsinin sədri Telman Süleymanov Belediyye.infonun sorğusuna cavab olaraq bildirib.
Sədrin sözlərinə görə, Müzəffər Ali Baş Komandan, Prezident cənab ilham əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan, 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində parlaq qələbə çalaraq tarixi zəfərə imza atdı.
44 günlük Vətən müharibəsində neçə-neçə qəhrəman əsgər və zabitlərimiz öz canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Onlardan dördü, şüvəlan qəsəbəsinin yetirmələri olan - şəhid Müslüm Vəliyev, Tərlan Eyniyev, Kamran Hacıyev, Səxavət Məmmədovdur.
Biz də yerliözünüidarəetmə orqanı olaraq şəhidlərin əziz xatirəsini əbədiləşdirmək üçün bu “Bulaq kompleksini” istifadəyə verdik.
Bununla yanaşı ərazidə kiçik istirahət parkında abadlıq işləri həyata keçirilmiş, layihəyə uyğun əraziyə gül kolları əkilmiş, ağaclar budanmış və yeni ağaclar əkilmişdir. ərazinin təmizliyi daim bələdiyyənin diqqət mərkəzindədir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
https://www.youtube.com/watch?v=3uOvHgiXaHw